Ana Sayfa > Ölkə > Kanala düşən avtomobilin sürücüsündən hələ də xəbər yoxdur -
Kanala düşən avtomobilin sürücüsündən hələ də xəbər yoxdur -10-08-2024, 19:51. Yazar: sevinc1 |
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir. aia.az FHN-nin saytına istinadən xəbər verir ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir. Əlavə məlumat veriləcək. aia.az Geri dön |