Ana Sayfa > Seçki 2024 > Aqil Abbas İmamqulubəyli kəndində görüş keçirib -

Aqil Abbas İmamqulubəyli kəndində görüş keçirib -


10-08-2024, 19:41. Yazar: sevinc1
Aqil Abbas İmamqulubəyli kəndində görüş keçirib -

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun İmamqulubəyli kəndində seçicilərlə açıq havada görüş keçirib.Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

aia.az xəbər verir ki, Kənd camaatı tərəfindən xoş qarşılanan Aqil Abbas onların problemlərini dinləyib. Cənab prezidentin ölkədə apardığı islahatlardan məmnun olduğunu bildirən kənd camaatı onları narahat edən problemlərdən də danışıblar.

Öz növbəsində də deputatlığa namizəd seçicilərinə 01 sentyabr tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə etdi.

aia.az
Geri dön