Ana Sayfa > Seçki 2024 > YAP öz gücünü xalqın dəstəyindən alır

YAP öz gücünü xalqın dəstəyindən alır


10-08-2024, 18:54. Yazar: sevinc1
YAP öz gücünü xalqın dəstəyindən alır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Həsənov Nurlan Urfan oğlu YAP Şəmkir rayon təşkilatının qərərgahında ilk dəfə səs verəcək gənclərlə və Dəllər -Cırdaxan kəndidndə seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanmasından, Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışında ifadə edilən inamı, etimadı doğrultmasından, hazırda yeni dövrün çağırışlarına uyğun olaraq qarşıda dayanan vəzifələri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirməsindən bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası 1 sentyabr parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb.
Deputatlığa namizəd Nurlan Həsənov öncə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında təqdim etdiyi seçki platformasında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yolu, qazandığı uğurlar və onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər öz əksini tapıb.
Deputatlığa namizəd ilk dəfə səs verəcək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə səsləyib. Nurlan Həsənov deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını bildirib. 
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Zamir Güvəndiyev, Famil Həmidov, Ayaz Orucov, Roza Orucova, Nizami Əhmədov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazacaq. Seçkilərin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır.
Çıxış edənlər yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə dəstək olacaqlarını vurğulayıblar.

aia.az
Geri dön