Ana Sayfa > Manşet / Özəl / Parlament / Seçilənlər-9 > ƏZİZ ƏLƏKBƏRLİ SEÇİCİLƏRLƏ İLK GÖRÜŞÜNÜ KEÇİRİB
ƏZİZ ƏLƏKBƏRLİ SEÇİCİLƏRLƏ İLK GÖRÜŞÜNÜ KEÇİRİB10-08-2024, 17:46. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində avqustun 9-da Yeni Azərbaycan Partiyası tərəfindən 66 saylı Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin Saatlı rayonunun Orta Muğan kəndində seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, platformada xalqımızın mədəni irsinin və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi də önə çəkilib. Çünki xalqımıza məxsus yüksək keyfiyyətlərin dünyada tanıdılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin mənəvi kamilləşməsinə, zərərli ideoloji təsirlərin qarşısının alınmasına xidmət edir, eyni zamanda, bəşəriyyətin tərəqqisinə, sivilizasiyalararası dialoqun təmin olunmasına yönəlik mütərəqqi ideyaların təbliğinə və təşviqinə istiqamətlənib. Deputatlığa namizəd vurğulayıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. Əziz Ələkbərli çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Görüşdə təşviqat qrupunun üzvü Bəylər Əliyev və digərləri çıxış ediblər. Bəylər Əliyev Əziz Ələkbərlinin həm Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri kimi, həm VI çağırış Milli Məclisin deputatı kimi, həm də tədqiqatçı-alim, Qərbi Azərbaycan həqiqətlərini dünyaya tanıdan ziyalı kimi fəaliyyətinin ictimaiyyət arasında rəğbətlə qarsalandığını diqqətə çatdıraraq belə bir şəxsin növbəti dəfə millət kimi statusa malik olmasının əhəmiyyəti haqqında danışıb. Çıxış edən seçicilər YAP-ın namizədi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərlini yaxşı tanıdıqlarını, deputat olduğu dövrdə fəaliyyətindən razı qaldıqlarını bildirərək 1 sentyabrda keçiriləcək seçkilərdə ona səs verəcəklərini qeyd ediblər. Qeyd edək ki, həmin gün deputatlığa namizəd Saatlı rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini, Saatlı “Şəhidlər abidə-xatirə” kompleksini ziyarət edib, şəhidlərin xatirə lövhələrinin önünə gül dəstələri düzüb. aia.az Geri dön |