Ana Sayfa > Seçki 2024 > Aqil Abbas Qaraxanlı kəndində görüş keçirib -

Aqil Abbas Qaraxanlı kəndində görüş keçirib -


10-08-2024, 13:09. Yazar: sevinc1
Aqil Abbas Qaraxanlı kəndində görüş keçirib -

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Qaraxanlı kəndində seçicilərlə açıq havada görüş keçirib.Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

aia.az xəbər verir ki, Kənd camaatı tərəfindən xoş qarşılanan Aqil Abbas onların problemlərini dinləyib. Öz növbəsində də deputatlığa namizəd seçicilərinə 01 sentyabr tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə etdi. Və bütün bu illər ərzində olduğu kimi yenə də onların şikayət və problemlərini dinləməyə hazır olduğunu, həllində bütün imkanları ilə çalışacağını dilə gətirdi.

Aqil Abbas onu da qeyd edib ki, bütün problemli məsələlərin cənab Prezidentin nəzarətində olduğunu və tezliklə öz həllini tapacağını deyib.

aia.az
Geri dön