Ana Sayfa > İqtisadiyyat > “Qara bazar”da dolların alveri canlanıb – QİYMƏT

“Qara bazar”da dolların alveri canlanıb – QİYMƏT


17-11-2016, 14:54. Yazar: admin



Bu gün daha 3 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 18-ə çatıb. Noyabrın 17-də bankların dollar satışını dayandırması “qara bazar”ı canlandırıb.

Bu gün “qara bazar”da 1 dollar 1.8250 manata satılır.

ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1.8000 manata alınır.

Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.
Geri dön