Ana Sayfa > Karusel / Siyasət > Tokayev COP29-un keçirilməsində Azərbaycana uğurlar arzulayıb
Tokayev COP29-un keçirilməsində Azərbaycana uğurlar arzulayıb9-08-2024, 15:38. Yazar: sevinc1 |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı həmkarı İlham Əliyevə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsində uğurlar arzulayıb. aia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı deyib. O, region ölkələri arasında ekologiya və iqlim dəyişikliyinin fəsadları ilə mübarizə sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb. “Ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir. Ekologiya və iqlim dəyişikliyinin nəticələri ilə mübarizə sahəsində əməkdaşlıq vacibdir. Biz oxşar çağırışlarla üzləşirik, ona görə də qarşılıqlı fəaliyyətin genişləndirilməsi, koordinasiyanın artırılması və iqlim gündəliyi üzrə təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidentinə, hörmətli dostumuz İlham Heydər oğluna bu payız COP29 qlobal iqlim konfransının keçirilməsində uğurlar arzulayıram”, - K.Tokayev bildirib. Prezident Qazaxıstanın regional əməkdaşlığın hərtərəfli gücləndirilməsi ilə bağlı strateji kursa sadiqliyini təsdiqləyib. O, bu gün qəbul edilən qərarların və onların sonradan səmərəli icrasının çoxəsrlik dostluq və qarşılıqlı dəstək ruhunda çoxşaxəli tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. aia.az Geri dön |