Ana Sayfa > Manşet > Sarkisyan İlham Əliyev ilə görüşməyə hazırdır

Sarkisyan İlham Əliyev ilə görüşməyə hazırdır


17-11-2016, 13:53. Yazar: admin


Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın rəhbəri İlham Əliyev ilə görüşməyə hazır olduğunu bildirib.

Bu barədə Sarkisyan “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

“Biz heç bir zaman, heç bir görüşdən - istər prezidentlər, istər xarici işlər nazirləri, istərsə də işgüzar səviyyədə imtina etməmişik. Amma biz bu görüşlərin faydalı olmasının tərəfdarıyıq, nə isə irəliləyiş olsun. İrəliləyiş yoxdursa, əgər biz görüşürük, amma razılaşmalara əməl edilmirsə, bu görüşlərin nə faydası var?”, - Sarkisyan deyib.

Sarkisyanın sözlərinə görə, erməni tərəfi günü sabah və yaxud da elə bu gün axşam atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmlərinin yaradılmasına dair sazişi imzalamağa hazırdır.
Geri dön