Ana Sayfa > Manşet > -Rusiyanın yeni hərbi bazaları Ermənistana lazım deyil

-Rusiyanın yeni hərbi bazaları Ermənistana lazım deyil


17-11-2016, 13:52. Yazar: admin


Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, respublika ərazisində Rusiyanın yeni hərbi bazalarının yaradılmasına ehtiyac yoxdur.

Bu bəyanatı o, “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

“Düşünürəm ki, buna ehtiyac yoxdur, çünki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanına malikdir. Ona görə də kiçik Ermənistanda bir hərbi baza yetərlidir, sadəcə, bu bazaya hərbi güc vermək lazımdır”, - o deyib.

Daha öncə Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyən sərəncam imzalamışdı.
Geri dön