Ana Sayfa > Dünya > "Ukrayna növbəti təxribat törədib" -

"Ukrayna növbəti təxribat törədib" -


7-08-2024, 16:30. Yazar: sevinc1
"Ukrayna növbəti təxribat törədib" -

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hərəkətlərini genişmiqyaslı təxribat adlandırıb.

aia.az xəbər verir ki, bu barədə dövlət başçısı avqustun 7-də Rusiya hökuməti ilə görüşdə bildirib.

"Bildiyiniz kimi, Kiyev rejimi daha bir irimiqyaslı təxribata əl atıb, o, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına atəş açır ”, - deyə prezident bildirib.

Putin qeyd edib ki, hazırkı görüşdən dərhal sonra hüquq-mühafizə orqanlarının - Müdafiə Nazirliyi, Baş Qərargah, FSB rəhbərləri ilə görüş keçirəcək.

aia.az
Geri dön