Ana Sayfa > Media > 46 ildir bığını kəsmir - FOTO

46 ildir bığını kəsmir - FOTO


17-11-2016, 13:41. Yazar: admin



Türkiyəli Necati Çelik dünyanın ən uzun bığlı insanlarından biri hesab olunur.

Kişinin 46 ildir kəsmədiyi bığının uzunluğu hazırda 2,45 metrdir. Necatinin bığ uzatmasının səbəbi var.

Belə ki, 1970-ci illərdə Almaniyada yaşayanda o, saç uzatmaq modasına qarşı çıxaraq bığını uzatmaq qərarına gəlir. Elə o vaxtdan da bığını kəsmir.

Qeyri-adi bığa görə illərdir “Pala” ləqəbi ilə çağırılan Necati qəribə görünüşünə belə haqq qazandırır:

“Allah qoça buynuz, kişiyə də bığ verib”.

Bığını boynuna şərf kimi dolayan kişi onunla fəxr etdiyini də bildirib.
Geri dön