Ana Sayfa > Ölkə > İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı7-08-2024, 13:45. Yazar: sevinc1 |
İrandan Azərbaycana 25 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə aia.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində avqust ayının 5-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 17:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqram 350 qram narkotik vasitə marixuananın və 1600 ədəd Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. aia.az Geri dön |