Ana Sayfa > Özəl > Nigeriyada 6 nəfər “amala” yedikdən sonra ölüb

Nigeriyada 6 nəfər “amala” yedikdən sonra ölüb


7-08-2024, 12:05. Yazar: sevinc1
Nigeriyada 6 nəfər “amala” yedikdən sonra ölüb

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Kogi əyalətində 6 nəfər qidadan zəhərlənərək ölüb.Milli mətbuatda yer alan xəbərlərə görə, Kogi əyalətinin Anyoke rayonunda bir evdə yerli “amala” yeməyi istehlak edən insanlar zəhərlənib.

Zəhərlənənlərdən 6-sı evində dünyasını dəyişib.

Kogi Dövlət Səhiyyə Müvəkkili AbdulAzzez Adams Adeiza verdiyi açıqlamada evdə olan digər 2 nəfərin qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət etdiyini bildirib.

Hadisənin araşdırılması üçün sağlamlıq komitəsinin yaradıldığını qeyd edən Adeiza müayinə üçün qida nümunələrinin götürüldüyünü bildirib.

aia.az
Tərcümə şöbəsi
Geri dön