Ana Sayfa > Parlament > “Ginnesin Rekodrdlar Kitabı”na düşə biləcək cinayət işi...
“Ginnesin Rekodrdlar Kitabı”na düşə biləcək cinayət işi...7-08-2024, 11:06. Yazar: sevinc1 |
“Magna Trans” MMC-nin sahibi, iş adamı Ağasəf İsmayılov tərəfindən Sozcu.infonun redaksiyasına növbəti şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik: “Təsisçisi olduğum “Magna Trans” MMC-nin digər həmtəsisçiləri Bürhan Həmidovla Namiq Hacıyevin təşkilatçılıqları ilə, direktor Mirzahid Ağayevin rəhbərlik etdiyi, onun müavini Ramil Xəlilovdan və digər bir qrup şəxslərdən ibarət mütəşəkkil dəstə üzvləri tərəfindən, həmin MMC-nin 79 ədəd sərnşindaşıyan avtobuslarının, həmçinin 113, 208, 209, 213 saylı şəhərdaxili avtobus marşrutlarının və MMC-nin fəaliyyəti dövründə nəğd yolla toplanmış, o cümlədən dövlət büdcəsinə ödənilməıi olan külli miqdarda pul vəsaitinin mənimsəmələri barədə şikayətim əsasında, Sabunçu RPİ-nin İstintaq şöbəsində başlanılmış və aidiyyəti üzrə davam etdirilməsi üçün Sabunçu rayon prokurorluğuna verilmiş 210050957 saylı cinayət işinin istintaqı üzrə müstəntiq qərarlarının əsassız və qanunsuz olmaları səbəbindən ləğv edilmələri ilə bağlı verilmiş məhkəmə qərarlarının sayı qədər, nəiniki ölkəmizdə, yəqin ki, heç yerdə qərar ola bilməz. Daxili İşlər Nazirliyinə müraciət etdiyim 30.01.2021-ci il tarixli şikayət ərizəsi əvvəlcə Bakı ŞBPİ-nin Təhqiqat İdarəsində, sonradan isə Sabunçu RPİ-də araşdırılır və həmin idarənin İstintaq şöbəsinin müstəntiqi Yusif Məmmədov topladığı natamam materiallara əsasən, 02 iyul 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edir. Sabunçu rayon prokurorunun müavini Qəhrəman Əsgərov prokuror nəzarəti qaydasında həmin materialda cinayət əməllərinin əlamətləri olmasını aşkar etdiyi üçün, 09 avqust 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında qərar”la həmin qərarı ləğv edir və əlavə araşdırılma aparılıb cinayət işinin başlanılması üçün materialları Sabunçu RPİ İŞ-nə qaytarır. Nəticədə isə, polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Elməddin Köçəriyev 04 noyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dələduzluq) başladığı və sonradan 179.3.2. maddəsinə (mənimsəmə) tövsif etdiyi 210050957 saylı cinayət işini davam etdirilməsi üçün 29 mart 2021-ci il tarixdə aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna vermişdir. Hələ polisdə araşdırılma dövründə, yəni 2021-ci ilin aprel-may aylarında “Magna Trans” MMC-nin direktoru Mirzahid Ağayev öz müavini Ramil Xəlilovla yenidən sənədləri saxtalaşdırma yolu ilə MMC-nin istifadəsində olan 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutları da, Ramil Xəlilovun eyni zamanda direktor olduğu “Trans control” MMC-nin istifadəsinə ötürmüşlər. Beləliklə, “Magna Trans” MMC-nin 79 ədəd sərnişindaşıma avtobusları, 4 sayda şəhərdaxili avtobus marşrutları və MMC-nin fəaliyyətindən əldə edilmiş külli miqdar məbləğdə pul vəsaiti (o cümlədən dövlət büdcəsinə ödənilməli olan) MMC-nin digər həmtəsisçiləri - Bürhan Həmidovla Namiq Hacıyevin başçılıq etdikləri dəstə tərəfindən tamamilə talanıb mənimsənildikdən sonra, direktor Mirzahid Ağayev və onun müavini olmaqla bərabər “Trans control” MMC-nin də direktoru vəzifəsində olan Ramil Xəlilovun 25 may 2021-ci il tarixli (təhqiqatda araşdırılma dövründə) saxta məktubları əsasında “Magna Trans” MMC-nin fəaliyyətinə Bakı Nəqliyyqt Agentliyi tərəfindən xitam verilmişdir. Göstərdiyim cinayət əməlləri nəticəsində mütəşəkkil dəstə üzvləri öz niyyətlərini bütünlüklə həyata keçirmişlər, yəni, “Magna trans” MMC-nin əmlakını talayıb-mənimsəməklə əldə edilmiş pul vəsaiti hesabına təzə avtobuslar alaraq “Trans control” MMC-nin balansına salmışlar və həmin avtobusları istismar etmək üçün, göstərdiyim 4 sayda avtobus marşrutlarını da, sənədləri saxtalaşdırma yolu ilə həmin MMC-nin istifadəsinə keçirmişlər. “Trans control” MMC-nin təsisçisi Rövşən Həmidov “Magna Trans” MMC-nin iştirakçıları Bürhan Həmidovun doğma oğlu, Namiq Hacıyevin doğma bacısı oğludur. Hər iki MMC-lərdə maddi-məsul vəzifələr daşıyan şəxslərin imzalayıb-möhürlədikləri çoxsaylı sənədlərin-sübutların cinayət işində mövcud olmasına baxmayaraq, prokurorluğun müstəntiqi Tural Mürsəlov “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığı üçün” cinayət işinin icraatını dayandırmaq barədə dəfələrlə qanunsuz qərarlar vermişdir. Cinayət işi, hələ Sabunçu RPİ İstintaq şöbəsində istintaq edilərkən, müstəntiq Elməddin Köçəriyev istintaq hərəkətləri nəticəsində, müəyyən etmişdir ki, “Magna Trans” MMC-nin balansında olmuş 79 ədəd sərnişindaşıyan avtobuslarından: - 21 ədədi sənədləri saxtalaşdırma yolu ilə satılıb, - 24 ədədi sökülüb-dağıdılmış (metollolom) vəziyyətdə avtobusların “Trans control” MMC-nin qarajında aşkar etməsi barədə müstəntiq Elməddin Köçəriyev hal şahidlərinin və mütəxəssisin iştirakları ilə müvafiq akt tərtib edib cinayət işinə əlavə etmişdir, - 34 ədəd avtobusa dair isə indiyə kimi heç bir məlumat yoxdur, yəni nə avtobuslar, nə sənədləri, nə dövlət nömrə nişanlarının müəyyən edilməsi istiqamətində istintaq tərəfindən heç bir tədbir görülməmişdir. Elə bu səbəbə görə, 2021-ci ildən indiyə kimi digər faktlarla bərabər, göstərilən 34 ədəd avtobusun istintaqla müəyyən olunması üçün çoxsaylı vəsatətlərlə istintaqı aparan prokurorluğun müstəntiqlərinə, sonradan isə Sabunçu rayon prokuroru İbrahim Lənbəranskiyə və aidiyyəti üzrə rəhbər prokurorlara ərizə və şikayətlərlə müraciətlər etmiş olsam da, ümumiyyətlə heç bir tədbir görülmədən qalmaqdadır. 34 ədəd avtobusun oğurlanması ilə bağlı prokurorluqda heç bir tədbir görülmədiyi üçün, mən Bakı ŞBPİ-nə ərizə ilə müraciət etdim və həmin baş idarənin Təhqiqat şöbəsinin 047-184401-3222 saylı, 01.12.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sitat: “...34 ədəd müxtəlif markalı sərnişin avtobuslarının digər həmtəsisçi Həmidov Bürhan Əhməd oğlu və digərləri tərəfindən qanunsuz olaraq ələ keçirilməsi ilə bağlı müraciətinizə baxılmışdır. ...müraciətiniz cinayət işinə əlavə edilib araşdırılması üçün Sbunçu rayon prokurorluğuna göndərilmişdir. Nəticəsi barədə prokurorluq orqanı tərəfindən sizə məlumat veriləcəkdir”. Bu günə kimi 34 ədəd “yoxa çıxmış” avtobuslara dair prokurorluqda heç bir araşdırılma aparılmamışdır. Bu sənədlərlə sübut olunur ki, 55 ədəd avtobusa dair müstəntiqlər heç bir istintaq hərəkəti yerinə yetirmədikləri üçün, bu faktla bağlı 210050957 saylı cinayət işində ümumiyyətlə heç bir sənəd yoxdur. Bunun əvəzində isə, 2021-ci ildən ta indiyə kimi Sabunçu rayon prokurorluğunun müstəntiqləri Tural Mürsəlovla Fuad Babayev cinayət işi üzrə: - “zəruri istintaq hərəkətlərinin aparılması barədə” sübutlu və əsaslı vəsatətlərimin rədd edilməsi barədə əsassız və qanunsuz olaraq 8 qərar, - “cinayət işi üzrə icraatın dayandırılması” barədə əsassız və qanunsuz 2 qərar, - A.İsmayılovun “cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi haqqında” - əsassız və qanunsuz 4 qərar, -“Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu barəsində “Təqsirləndirilən şəxsin cinayət prossesində iştirakına xitam verilməsi haqqında” - əsassız və qanunsuz 3 qərar, - “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” – əsassız və qanunsuz 2 qərar vermişlər. Həmçinin, əsassız olması səbəbinə məhkəmə tərəfindən rədd edilmiş prokuror İbrahim Lənbəranskinin 1 apellyasiya protestini də nəzərə alsaq, Sabunçu rayon prokurorluğunda bir cinayət işinin istintaqı üzrə, ümumilikdə iyirmi ədəd əsassız və qanunsuz sənəd qəbul edilmişdir. Lakin çoxsaylı vəsatətlərimdə göstərdiyim əsaslı və sübutlu faktların heç biri, o cmlədən göstərdiyim 55 ədəd avtobusun aqibəti barədə həmin sənədlərdə bir cümlə olsun belə yoxdur. Cəmisi bir maddə ilə (mənimsəmə) istintaq edilməli olan və bir zərərçəkmiş şəxs olan cinayət işi üzrə ibtidai istintaqa nəzarət vəzifəsi daşıyan prokuror İbrahim Lənbəranski və müstəntiqlər – Tural Mürsəlovla Fuad Babayev tərəfindən iyirmi əsassız və qanunsuz sənəd qəbul edilməklə bərabər, 04.11.2021-ci il tarixdə başlanılmış cinayət işinin istintaqını 38-ci aydır ki, süründürməyi davam etdirirlər. Göstərilən qanunsuz hərəkətlərə dair zərərçəkmiş şəxs kimi məhkəmə nəzarəti qaydasında müraciət etmiş olduğum bütün şikayətləri birinci və apellyasiya məhkəmələri əsaslı və qanuni hesab edərək, müstəntiqlərin 12 sayda qərarlarının ləğv edilməsi və prokurorun 1 apellyasiya protestinin təmin edilməməsi barədə məhkəmə qərarları vermişlər. Sonuncu dəfə, Sabunçu rayon Məhkəməsi 04.07.2024-cü il tarixli, 6(008)-62/2024 saylı qərarında göstərmişdir ki, sitat: “...Məhkəmə cinayət işinin materiallarını öyrənərkən istintaq orqanı tərəfindən aşağıdakı halların araşdırılmalı olduğu halda araşdırılmaması qənaətinə gəlmişdir: - 21 ədəd avtobusların satışından əldə olunmuş vəsaitin hara xərclənməsi, nəyə görə müəssisənin bank hesabına köçürülməməsi; - 34 ədəd avtobusun oğurlanması faktı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin 29.03.2022-ci il tarixli məktubu ilə aidiyyəti üzrə Sabunçu rayon Prokurorluğuna göndərilsə də, həmin məlumatın yoxlanılması istiqamətində hər hansı istintaq hərəkəti aparılmamışdır... - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 6(008)-19/2024 saylı, 13.02.2024-cü il tarixli qərarında göstərilən digər xüsusatlarla bağlı əlavə araşdırma aparılmaması; Göstərilən bu hallar müstəntiqin iş üzrə zəruri, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan cinayət işi üzrə icraata xitam verilməsinə dəlalət edən hallardır. ... ...müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 31 may 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilsin. İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın”. 2021-ci ildə başlanılmış 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı 12 sayda birinci və apellyasiya məhkəmələrinin qərarları hazırda da prokurorluğun aidiyyəti vəzifəli şəxsləri tərəfindən icra edilmədən qalmaqdadır. Mövzunu sona çatdırmaq istəsəm də, sənədlər yenidən üzə çıxır. Belə ki, “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı direktoru Mirzahid Ağayevin, iştirakçıları Bürhan Həmidovla Namiq Hacıyevin əməllərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə Sabunçu rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2(008)-2435/2021 saylı Xüsusi Qərardadı Baş Prokurorluğa göndərilmişdir. Məhkəmənin bu xüsusi qərardadının da aqibəti bu günə kimi naməlum qalmaqdadır. Ən nəhayət, göstərilən cinayət işinin istintaqı ilə bağlı müstəntiq Tural Mürsəlovun əsassız və qanunsuz olaraq qəbul etmiş olduğu 12 iyul 2022-ci il tarixli, “Cinayət təqibi üzrə icraatın datandırılması haqqında” qərardan sitat: “Cinayət işi üzrə “Nagna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğluna 25.12.2021-ci il tarixdə CM-nin 178.3.2. maddəsi ilə ittiham elan edilməklə barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əməl CM-nin 178.3.2 maddəsindən həmin Məcəllənin 179.3.2. maddəsinə tövsif edilməklə 30.03.2022-ci il tarixdə Sabunçu rayon prokurorluğuna göndərilmişdir və icraatıma qəbul edilməklə istintaq aparılır. Cinayət işi üzrə icraat 13.05.2022-ci il tarixdə CPM-nin 53.1.1. maddəsinə əsasən tərəfimdən dayandırılmşdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında həmin qərar 04.07.2022-ci il tarixdə AR Baş prokurorunun I müavini Elçin Məmmədov tərəfindən ləğv edilməklə icraat təzələnmiş və 08.07.2022-ci il tarixdə icraatıma qəbul edilərək istintaq aparılır. İbtidai istintaq zamanı aparılması mümkün olan bütün istintaq hərəkətlərinin aparılmasına baxmayaraq iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən mümkün olmamışdır. Ona görə də təqsirləndirilən şəxs qismində cəlb edilən şəxs müəyyən olunadək iş üzrə icraat dayandırılmalıdır. 1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 210050957 saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunadək dayandırılsın. 2. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunması üçün Sabunçu RPİ-yə zəruri tədbirlərin görülməsi tapşırılsın”. Əvvəla onu qeyd etmək vacibdir ki, müstəntiq Tural Mürsəlovun 13.05.2022-ci il tarixli qərarı CPM-nin 53.1.1. maddəsi ilə, yəni “təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığı üçün” dayandırması, Baş prokurorun I müavini Elçin Məmmədov tərfindən məhz həmin qərarın qanunsuz olduğu üçün ləğv edilmişdir. Yuxarıda göstərilən qərarı da eyni əsasla cinayət işinin icraatının dayandırmasına səbəb nə olduğunu müstəntiqlərdən və ibtidai istintaqa nəzarət edən prokuror İbrahim Lənbəranskidən kim izahat tələb etməlidir? Bir cinayət işi üzrə aparılan istintaqın kobud surətdə pozulmasına 22 İYİRMİ İKİ sənəd mövcud olduğu halda və bu cinayət işinin istintaqı ilə bağlı verilmiş məhkəmələrin 13 sayda qərarları prokurorluğun aidiyyəti vəzifəli şəxslər tərəfindən yerinə yetirilmirsə, həmçinin bu cinayət işi 38 aydır ki süründürməçiliyə məruz qalırsa, həmin cinayət işi “Ginnesin Rekodrdlar Kitabı”na düşə bilərmi?” Sozcu.info Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri dön |