Ana Sayfa > Özəl > YEL QAYADAN NƏ QOPARACAQ?

YEL QAYADAN NƏ QOPARACAQ?


5-08-2024, 14:40. Yazar: sevinc1
YEL QAYADAN NƏ QOPARACAQ?

Doğma Bakımız günü-gündən gözəlləşir. Göz oxşayan xiyabanlar, gözəl parklar insanlara istirahət üçün imkan yaratdığı kimi, həm də mənəvi zövq verir. Son illərdə salınmış parklar, müxtəlif bəzək bitkiləri ilə süslənmiş xiyabanlar göz oxşayır. Köhnə parkların əsaslı təmiri də diqqəti çəkir. Bu işlərin əsas ağırlığı da Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin üzərinə düşür. MMC-nin rəhbəri Abit Əliyevin şəhərimizin gözəlləşməsi üçün gördüyü işlər göz qabağındadır. Təəssüf ki, yaxşıya yaxşı demək adətini tərgidənlər, daha doğrusu qaşınmayan yerdən qan çıxaranlar da az deyildir. Yaxşı işləri ilə insanların rəğbətini qazanan adamları dərhal qaralamaq, özü də elə absurd. Olmayan işlərdə qaralama kampaniyası aparmaq bir növ bəziləri üçün şakərə çevrilib. Özü də bu adamlar yazanda və haray salanda elə məsələlərdən yapışırlar ki insanları daha çox inandıra bilsinlər. 1933-cü ildə Hitler baş nazir olduqdan sonra Təbliğat Naziri vəzifəsinə təyin edilmiş Jozef Göbbels deyirdi ki, “Yalan nə qədər böyükdürsə, insanlar ona bir o qədər inanar!” Təəssüf ki, bu gün bir sıra qəzet və saytlar da bu kursu götürüb və göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin rəhbəri Abit Əliyev haqqında olmazın yalanlar uydurur, adamı milyonlarla dövlət vəsaitini talamaqda suçlayırlar. Hətta elə iri məbləğlərdən danışırlar ki, onda belə çıxır ki, ayrılan pulun hamısı yeyilib. əgər belədirsə. Onda bu göz oxşayan parklar və xiyabanlar hansı pulla yaradılmışdır? Təbiidir ki. Bu sualı nə özlərinə verirlər, nə də oxucunun araşdırma imkanı yoxdur. Lakin bir şeyi unudurlar ki, yalan ayaq tutsa da yeriyə bilməz. Bu mənada Abit Əliyev haqqında yalan uyduran, böhtan yazan şəxslərə demək istərdik ki, insaf da dinin yarısıdır.
Son günlərdə bu məsələ yenidən gündəmə gətirilib. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) tikiləcək. Tender elan olunub, “Az.Arxitektura” MMC layihə-smeta sənədlərinin hazırlanması üzrə tenderin qalibi elan edilib. Burada qeyri-adi nə var? Lakin qeyri-adi yalanlar, qeyri-adi böhtan kampaniyası yenidən dövriyyədədri. Bu da işini görən, dövlətə və dövlətçiliyə sadiq adamların əl-qolunu soyutmaq üçün düşünülmüş mexanizmdir. Lakin unutmaq lazım deyil ki, yel qayadan heç nə qopara bilməz. Biz də bunu düşündük. Qara küəlklər əsməyində davam etsin, qaya da öz məğrur duruşunda.

aia.az
Geri dön