Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda lombarda borcu olanlarla bağlı
Azərbaycanda lombarda borcu olanlarla bağlı6-08-2024, 12:35. Yazar: sevinc1 |
"Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda lombardlar tərəfindən vətəndaşların aldadılması, bəzi hallarda yüksək faizlərin təklif olunması qeydə alınıb". aia.az xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bir sıra hallarda lombarda öz qızılını təqdim edib kredit götürən vətəndaş sonradan kredit öhdəliyini yerinə yetirsə də, belə həmin qızı əldə etməkdə çətinlik çəkir: "Bununla bağlı xeyli faktlar var. Doğrudur, son illər bu istiqamətdə vəziyyətin xeyli dərəcədə yaxşılaşması müşahidə olunub. Bu da nəzarətin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda faizlər də kifayət qədər yüksəkdir və bəzi hallarda lombardların illik faizləri 60 faizə qədər yüksəlir. Bu da kifayət qədər yüksək faizdir. Bu baxımdan biz bütövlükdə həm qanunvericilikdə, həm də icrada lombardlara nəzarətin gücləndirilməsini təklif edirik. Təbii ki, lombardların lisenziyası əsasında fəaliyyət göstərməsi məqsədəuyğundur və eyni zamanda, təbii elektron qeydiyyat sistemi və nəzarətin gücləndirilməsinə ehtiyac var. Çünki qanunvericiliyin təkmilləşməsi kontekstində həm də nəzarətin gücləndirilməsinə ehtiyac var ki, vətəndaşlarımızın hüquqları pozulmasın. Çünki lombard xidmətindən istifadə edən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Bu kontekstdən bu istiqamətdə təkmilləşdirmələr vətəndaşlarımızın hüquqlarının qorunması baxımından vacib hesab olunur".BAKU.WS aia.az Geri dön |