Ana Sayfa > Dünya > Ərdoğan Nazirlər Kabinetinin təcili iclasını

Ərdoğan Nazirlər Kabinetinin təcili iclasını


5-08-2024, 13:42. Yazar: sevinc1
Ərdoğan Nazirlər Kabinetinin təcili iclasını


Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

aia.az xəbər verir ki, toplantının əsas gündəmi İsrailin Fələstində həyata keçirdiyi hücumlar olacaq.

Bu, Türkiyə Nazirlər Kabinetinin 3 həftəlik fasilədən sonra yenidən sıx gündəmlə bağlı toplantsı olacaq.

“Hürriyet” xəbər verir ki, Türkiyə Yaxın Şərqdəki prosesləri diqqətlə izləyir. HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi, Tehranın Təl-Əvivə mümkün cavabı və İsrailin Livana hücumlarından sonra bölgədə gərginlik daha da artıb.

Nazirlər Kabinetinin iclasında İsrailin baş naziri Benyamin Netanyahunun bölgədə gərginliyi yaymaq cəhdlərinə qarşı izləniləcək yol xəritəsi müzakirə olunacaq. Qəzza zolağında hücumları davam etdirən İsrailə beynəlxalq təzyiqləri artırmaq və fələstinlilərə təcili humanitar yardım göstərmək üçün atılacaq addımlar müzakirə olunacaq.

aia.az
Geri dön