Ana Sayfa > Karusel / Parlament > Sumqayıtda ana və azyaşlı oğlu qidadan zəhərləndi
Sumqayıtda ana və azyaşlı oğlu qidadan zəhərləndi5-08-2024, 12:07. Yazar: sevinc1 |
![]() Sumqayıtda ana və övladı qidadan zəhərlənib. aia.az xəbər verir ki, hadisə "Ceyranbatan bağları" adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022- ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıb. Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur. aia.az Geri dön |