Ana Sayfa > Ölkə > Laçının Bəylik kəndinə 91 ailə köçürüləcək

Laçının Bəylik kəndinə 91 ailə köçürüləcək


2-08-2024, 13:12. Yazar: sevinc1
Laçının Bəylik kəndinə 91 ailə köçürüləcək

2024-cü ilin ikinci yarısı, 2025-ci ilin əvvəlində Laçının Bəylik kəndinin tikilib istifadəyə verilməsi və oraya 91 ailənin köçürülməsi nəzərdə tutulub.

aia.az xəbər verir ki, bunu açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O qeyd edib ki, Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlamaq planlaşdırılır:

"Bu günə qədər Laçın şəhərinə 2 003 nəfər köçürülüb və bundan sonra da paralel olaraq hər ay 20 ailənin köçürülməsi nəzərdə tutulub. Zabux kəndinə 2023-cü il ərzində 789 nəfər köçürülüb, Sus kəndinə isə bu ilin may-iyun aylarında 59 ailə köçürülüb. Bundan sonra biz Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlamağı planlaşdırırıq. Layihədə olan evlərin və binaların layları tam ekspertizadan çıxacaq, sonra biz təmir-tikinti işlərinə başlayacağıq".

Xüsusi nümayəndə rayonun Qorçu qəsəbəsinin inşasından da söz açıb: "Qorçu Laçın rayonundakı ən böyük qəsəbədir və orada hava limanı tikilir. Qorçu kəndinin layihəsi üzərindəki işləri bu il tamamlanır və onun yanında Qorçu qəsəbəsinin tikintisinə başlayacağıq. Yəqin ki, 2025-2026-cı illərdə qəsəbədə tikinti işləri yekunlaşacaq".

aia.az
Geri dön