Ana Sayfa > Parlament > Qusarda narkotik bitkilər məhv edilib
Qusarda narkotik bitkilər məhv edilib31-07-2024, 12:15. Yazar: sevinc1 |
![]() Qusarda 1 ton 410 kq çətənə kolu məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan aia.az-a bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib. aia.az Geri dön |