Ana Sayfa > Karusel / Siyasət > Əliməmməd Nuriyev namizədliyini geri götürdü
Əliməmməd Nuriyev namizədliyini geri götürdü31-07-2024, 11:54. Yazar: sevinc1 |
"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti, sabiq deputat Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürüb. aia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət, həmçinin imkanları dəyərləndirmək sənətidir. İndiki halda mümkün olanın ən yaxşısını etdik. Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir", - deyə Ə.Nuriyev paylaşımında bildirib. Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən YAP-ın namizədi Əliyev Sərvər Məlikməmməd oğludur. İndiyədək isə bu dairədən seçilən Musa Qasımlı IV, V, VI çağırış Milli Məclisin deputatı olub. O, VII çağırış parlamentində də namizəddir. aia.az Geri dön |