Ana Sayfa > Özəl > Latın Amerikasında Venesuelada seçkilərin nəticələrinə qarşı koalisiya yaranıb-SƏBƏB
Latın Amerikasında Venesuelada seçkilərin nəticələrinə qarşı koalisiya yaranıb-SƏBƏB30-07-2024, 09:18. Yazar: sevinc1 |
Latın Amerikasının doqquz ölkəsi bir anda Venesuelada respublikanın hazırkı prezidenti Nikolas Maduronun qalib gəldiyi seçkilərin nəticələrinə yenidən baxmağa çağırıb, EFE xəbər verir. Narazı dövlətlər sırasına Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador daxildir. Yeni yaradılmış “koalisiya” hökumətləri müstəqil müşahidəçilərin iştirakı ilə yeni səsvermənin keçirilməsini tələb ediblər. Hakimiyyət bülletenlərin şəffaf hesablanmasının zəruriliyinə diqqət çəkib. Sözügedən ölkələr Amerika Dövlətləri Təşkilatı Şurasının (OAS) təcili iclasının keçirilməsini də xahiş ediblər. Materialda deyilir ki, tədbirin məqsədi Venesuela xalqının iradəsini qorumaq üçün qətnamənin qəbul edilməsi olmalıdır. Daha əvvəl xəbər verildiyi kimi, iyulun 28-də keçirilən prezident seçkilərində Nikolas Maduro qalib gəlib. Hazırkı lider protokolların 80%-ni işlədikdən sonra 51,2% səs toplayıb.Bundan əvvəl Latın Amerikası ölkələri üzrə aparıcı rusiyalı ekspert, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri Tatyana Poloskova Venesuelada keçirilən prezident seçkilərindən sonra ölkədə iğtişaşların baş verə biləcəyini irəli sürmüşdü. O, Maduronun rəqiblərinin respublikada sabitliyi pozmağa cəhd edə biləcəyini istisna etməyib. aia.az Tərcümə şöbəsi Geri dön |