Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev ana dilimizi sovet dönəmində dövlət dili statusuna yüksəltməklə ən böyük tarixi nailiyyətlərdən birinə imza atdı”
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev ana dilimizi sovet dönəmində dövlət dili statusuna yüksəltməklə ən böyük tarixi nailiyyətlərdən birinə imza atdı”29-07-2024, 12:18. Yazar: sevinc1 |
“Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyi münasibətilə Respublika Sarayında keçirilmiş təntənəli mərasimdə söylədiyi nitqində demişdir: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Həqiqətən də bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq öz doğma ana dili ilə fəxr edir. Zəngin söz ehtiyatına malik olan müasir ana dilimiz dünya dilləri arasında öz layiqli yerini tutur. Təbii ki, bu gün Azərbaycan dili ölkəmizdə dövlət dili statusuna sahibdir. Lakin doğma dilimizin öz ölkəmizdə dövlət dili statusu alması heç də asanlıqla baş verməmişdir. Milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olunsa da bu hal heç zaman uzun müddət davam etməmişdir. Yalnız Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi mərhələsinə qədəm qoydu.” Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Fikirlərini davam etdirən müsahibimiz sovet dönəmində respublikamızda ana dilimizin sıxışdırılmasından və bu vəziyyətə son qoymaq üçün Ulu Öndər Heydər Əliyevin atdığı addımlardan bəhs edib: “Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-nin siyasi hakimiyyəti tərəfindən ittifaqa daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Əlbəttə ki, bu gündəm milli respublikalarda rus dilinin hakim mövqelərinin bir qədər də möhkəmlənməsinə xidmət etməliydi. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha geniş vüsət aldı. Əlbəttə ki, belə bir şəraitdə müttəfiq respublikalarda ana dilinin hüquqlarını qorumaq məqsədilə hər hansı bir addım atmaq cəhdləri böyük risklərlə bağlı idi. Lakin, həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün təhlükələrə rəğmən digər sahələrdə olduğu kimi, dil məsələsində də özünün milli mənafelərimizə xidmət edən mövqeyini qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli Lider Konstitusiyanın 73-cü maddəsini belə bir redaksiyada vermək təklifini irəli sürdü: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu tarixi təşəbbüs 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Heç şübhəsiz, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi gələcək müstəqil dövlətimizin ideoloji əsaslarının qurulması üçün möhkəm zəminin yaradılmasında önəmli amil rolunu oynadı. Məhz bu nailiyyətlə Ulu Öndər gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən birini məharətlə qoruyub-saxlamağa nail oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların və dövlət xadimlərinin cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi. Həmçinin Ümummilli Lider Heydər Əliyev rus məktəblərində Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər vermiş və bununla ana dilinin hər bir xalqın varlığını təsdiq edən başlıca amil olduğunu bir daha vurğulamışdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikamızda yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri yenə də məhz dil məsələsi idi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr də Azərbaycan dilinin nüfuzunun artmasına güclü təsir etmş oldu. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.” Daha sonra Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhəmiyyətindən bəhs edərən A.Naxçıvanlı bunları deyib: “Xüsusi olaraq qeyd edilməlidir ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayır və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb. O cümlədən dövlət başçımızın “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar isə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinin gerçəkləşməsində müstəsna ol oynayıblar. Həmçinin qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi müasir dövrün tələblərini nəzərə alaraq ana dilimizin saflığının və zənginliyinin qorunmasını təmin edir.” – deyə, Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb. Geri dön |