Ana Sayfa > İdman > Badmintonçumuz Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı
Badmintonçumuz Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı29-07-2024, 11:32. Yazar: sevinc1 |
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. aia.az xəbər verir ki, idmançımız qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib. Böyük Britaniyalı idmançıya uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21). O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda keçəcək. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. aia.az Geri dön |