Ana Sayfa > Manşet / İdman > Senadakı çirkli su səbəbindən üzgüçülük məşqləri ləğv

Senadakı çirkli su səbəbindən üzgüçülük məşqləri ləğv


28-07-2024, 12:30. Yazar: sevinc1
Senadakı çirkli su səbəbindən üzgüçülük məşqləri ləğv

Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqləri Sena çayında suyun keyfiyyətinin aşağı olmasına görə ləğv edilib.

aia.az xəbər verir ki, bu barədə Olimpiadanın təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlon tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər”, - deyə məlumatda bildirilib.

Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.

Qeyd edək ki, Sena çayının “E.coli” və “enterokokk” bakteriyaları ilə yüksək dərəcədə çirklənməsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları üçün təhlükə yaradır.

aia.az
Geri dön