Ana Sayfa > Karusel / Gündəm > FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü

FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü


27-07-2024, 20:00. Yazar: sevinc1
FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

aia.az xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma aparılır./report

aia.az
Geri dön