Ana Sayfa > Karusel / Gündəm > Ordumuz Zəngəzurda möhkəmlənir

Ordumuz Zəngəzurda möhkəmlənir


27-07-2024, 17:00. Yazar: sevinc1
Ordumuz Zəngəzurda möhkəmlənir

Müharibədən sonra Azərbaycan tərəfi Zəngəzurun Şurnux rayonunun bir hissəsinə nəzarəti ələ keçirib.

aia.az erməni KİV-ə istinadən xəbər verir ki, sözügedən istiqamətdə ermənilərin qeyri-qanuni şəkildə məskunlaşdığı 13 ev Azərbaycanın nəzarətindədir.

Şurnux administrasiyasının rəhbəri Qriqor Darbinyan bildirib ki, həmin evlərdən ikisi kazarmaya çevrilib: "Qalanları olduğu kimi qalıb, bundan sonra nə ediləcəyi məlum deyil".

O, qeyd edib ki, Şurnuxun ermənilər qalan hissəsində yeni tikilən evlərdə 5 sakin yaşayır.

aia.az
Geri dön