Ana Sayfa > Ölkə > Kürdəmir rayon avtovağzalının müdirini maşın vurub öldürdü

Kürdəmir rayon avtovağzalının müdirini maşın vurub öldürdü


27-07-2024, 16:58. Yazar: sevinc1
Kürdəmir rayon avtovağzalının müdirini maşın vurub öldürdü

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

aia.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusun sürücüsü, 1988-cu il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön