Ana Sayfa > Manşet / Dünya > “Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -
“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -27-07-2024, 09:01. Yazar: sevinc1 |
İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı qlobal sistem köhnəlməkdədir. Uzun müddətdir ki, bu sistemin problemlərə həll yolları tapmaq qabiliyyətini itirdiyinin əlamətlərini görürük. Sistemin artıq iflas ərəfəsində olduğunu görmək üçün yaxın keçmişdə yaşanan böhranlara nəzər salmaq kifayətdir. Suriyada 13 ildir davam edən münaqişə, Rusiya-Ukrayna, İsrail-Fələstin qarşıdurmaları, Yəməndə sabitliyə nail olmadan Sudanda baş verən hadisələr dünyanın haraya getdiyini göstərir. Qlobal sistemin kökündən sarsıldığı bu dövrdən “göbəyini özü kəsə bilən” ölkələr uğurla çıxacaq. Bu səbəbdən tam müstəqil Türkiyə məqsədilə “Türk əsrini” qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk. İnvestisiya, istehsal, məşğulluq, kəşf və ixracatla inkişafımızı eyni sürətlə davam etdiririk. Nə ətrafımızdakı münaqişələr, nə də 6 fevral zəlzələlərinin vurduğu 104 milyard dollarlıq zərər bizi yolumuzdan döndərmədi. aia.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “HIT-30-Yüksək Texnoloji İnvestisiya Proqramı”nın təqdimatında çıxışı zamanı söyləyib. Türkiyənin texnoloji inkişafının ən böyük göstəricilərindən olan yerli “Togg” elektromobilinə tələbatın getdikcə artığını qeyd edən Prezident Ərdoğan ölkəsinin bu sahədə hədəfinə çatdığını və qlobal miqyasda fəaliyyət göstərən Çinin aparıcı elektrik avtomobil istehsalçısı “BYD” şirkəti kimi bir çox firmanın sərmayələrinin Türkiyəyə cəlb edildiyini deyib. Qeyd olunub ki, Türkiyə tezliklə beynəlxalq birbaşa investisiya strategiyasının tətbiqinə başlayacaq. 2024-2028-ci illəri əhatə edəcək strategiya ölkəyə daha çox yüksək texnologiyalar yönümlü investisiyaları cəlb etmək məqsədi daşıyır. Texnoloji və strateji investisiyalar üçün 3 illik müddətində əlverişli şərtlərlə cəmi 300 milyard lirə maliyyə imkanı yaradılacaq. Bu günə qədər artıq ümumi investisiyanın həcmi 1 trilyon 258 milyard lirə olan 238 layihə üçün müraciət edilib. Ölkədə sənaye sahəsinin səmərəliliyini artırmağa rəhbərlik edəcək 10 model fabrik yaradılıb. Önümüzdəki dövrdə daha dörd yeni model fabrik yaradılaraq onların ümumi sayı 14-ə çatdırılacaq. Təqdimatı keçirilən layihə haqqında danışan Türkiyə Prezidenti deyib ki, bu proqramla yüksək texnologiyalı və yüksək əlavə dəyərə malik yeni investisiyalar üçün Türkiyənin üstünlüklərini gücləndirməklə yanaşı, 2030-cu ilə qədər ölkəni yüksək texnologiya mərkəzinə çevirmək hədəflənir. Layihəyə əsasən, mobillik, yaşıl enerji, qabaqcıl istehsal, sağlam həyat, rəqəmsal texnologiyalar, kommunikasiyalar, kosmos kimi sahələri inkişaf etdirəcək 30-dan çox sahəyə dəstək veriləcək. Bu layihə ilə Türkiyəyə 20 milyard dollarlıq özəl sektor sərmayəsinin gətirilməsi hədəflənir. aia.az Geri dön |