Ana Sayfa > Özəl > Britaniya Netanyahunun həbsinə dair orderin verilməsinə mane olmaqdan imtina edib

Britaniya Netanyahunun həbsinə dair orderin verilməsinə mane olmaqdan imtina edib


26-07-2024, 17:49. Yazar: sevinc1
Britaniya Netanyahunun həbsinə dair orderin verilməsinə mane olmaqdan imtina edib

Böyük Britaniya hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order vermək səlahiyyətinə etiraz etməkdən imtina edib.“The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti başçısının nümayəndəsi Key Starmer məlumat verib.
"Məhkəməyə müraciət etmək baxımından bu, əvvəlki hökumətin təklifidir və iyulun 4-də [Böyük Britaniya] parlament seçkilərindən əvvəl irəli sürülməyib. Mən təsdiq edə bilərəm ki, [indiki] hökumət bizim tələblərimizə uyğun olaraq bu xəttə əməl etməyəcək. Uzun müddətdir ki, bu, məhkəmənin həll etməli olduğu məsələdir”.

aia.az
tərcümə şöbəsi
Geri dön