Ana Sayfa > Siyasət / Karusel > Seçkilərlə əlaqədar seçki bülletenlərinə aid tələblər təsdiqlənəcək
Seçkilərlə əlaqədar seçki bülletenlərinə aid tələblər təsdiqlənəcək26-07-2024, 17:23. Yazar: sevinc1 |
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləyəcək. aia.az xəbər verir ki, Seçki Məcəlləsinin 99.1–99.4, 166-cı maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 35 gün qalanadək seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləməlidir. Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edir. aia.az Geri dön |