Ana Sayfa > İdman > İraqlı cüdoçu Paris-2024-dən kənarlaşdırıldı
İraqlı cüdoçu Paris-2024-dən kənarlaşdırıldı26-07-2024, 16:40. Yazar: sevinc1 |
İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb. aia.az Beynəlxaq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. İyulun 23-də cüdoçudan götürülən dopinq testin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər. İdmançı həmçinin B nümunəsnin nəticələrini də tələb etmək hüququna malikdir. Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq. aia.az Geri dön |