Ana Sayfa > Karusel / Dünya > Rusiyada daha bir general saxlanıldı

Rusiyada daha bir general saxlanıldı


26-07-2024, 15:58. Yazar: sevinc1
Rusiyada daha bir general saxlanıldı

FSB keçmiş müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakovu saxlayıb.

aia.az xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, yüksək rütbəli hərbçi korrupsiya cinayəti ilə bağlı saxlanılıb. Ordu generalı həbs olunduqdan sonra o, 2-ci istintaq təcridxanasına yerləşdirilib. FSB onun qanunsuz fəaliyyətinə səbəb olan səbəbləri və şərtləri müəyyən etmək üçün istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirir.

Dmitri Bulqakov 1976-cı ildə Lenin Komsomolu adına Volsk Ali Hərbi Təchizat Məktəbini, 1984-cü ildə Maddi-Texniki Təchizat və Nəqliyyat Hərbi Akademiyasını, 1996-cı ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

24 sentyabr 2022-ci ildə Dmitri Bulqakov Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Müfəttişlər İdarəsinin baş müfəttişi təyin edilib.

aia.az
Geri dön