Ana Sayfa > Özəl > Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasında iştirakdan imtina edib

Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasında iştirakdan imtina edib


26-07-2024, 10:51. Yazar: sevinc1
Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasında iştirakdan imtina edib

Ukrayna BMT Təhlükəsizlik Şurasının Rusiyanın sədrliyi ilə Qərb ölkələrinin Silahlı Qüvvələrinə silah tədarükü məsələsi ilə bağlı iclasında iştirak etmək niyyətində deyil.Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi Telegram kanalında məlumat yayıb.

“Rusiyanın nə hüquqi, nə də mənəvi baxımdan Təhlükəsizlik Şurasına sədrlik funksiyalarını yerinə yetirmək hüququ yoxdur”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri əlavə ediblər.
Bundan əvvəl Britaniya Ukrayna və Aİ-nin BMT Təhlükəsizlik Şurasının iclasına dəvət edilməsinə qarşı çıxıb.

aia.az
Tərcümə şöbəsi
Geri dön