Ana Sayfa > Özəl > 'Gaemi' həyəcanı: Ordu hərəkətə keçdi
'Gaemi' həyəcanı: Ordu hərəkətə keçdi25-07-2024, 19:53. Yazar: sevinc1 |
Tayvana təsir edən Gaemi qasırğası həyata mənfi təsir edib. Üç rayonda 11.600-dən çox evdə elektrik enerjisi kəsilərkən, ordu tayfundan zərər çəkən insanlara kömək etmək üçün hərəkətə keçdi. Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Qaemi qasırğası Tayvan boğazına doğru hərəkət edib. Sakinlər külək və yağışa qarşı diqqətli olmalıdırlar. Tayvan Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və baş verə biləcək fəlakətlərə müdaxilə etməyə hazırdır". Tayvan mediası qasırğa nəticəsində 1 nəfərin öldüyünü, 58 nəfərin yaralandığını açıqlayıb. Yeni Taypey və 10 rayondan 4 min 18 nəfər təxliyə edilərkən, 458-i ağacların aşması, 163-ü isə infrastruktura ziyan dəyməsi ilə bağlı 962 fəlakət xəbərinin daxil olduğu bildirilib. aia.az Tərcümə şöbəsi Geri dön |