Ana Sayfa > Özəl > Patruşev NATO-nun Qara dənizi ələ keçirmək planlarını açıqlayıb

Patruşev NATO-nun Qara dənizi ələ keçirmək planlarını açıqlayıb


25-07-2024, 19:42. Yazar: sevinc1
Patruşev NATO-nun Qara dənizi ələ keçirmək planlarını açıqlayıb


NATO Qara dənizin genişmiqyaslı hərbiləşdirilməsi üçün planlar hazırlayır. Bu ittihamla Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev çıxış edib. Ura.Ru

“Qara dənizin genişmiqyaslı hərbiləşdirilməsi məqsədini güdən ABŞ gəmilərin boğazlardan keçməsini tənzimləyən Montrö Konvensiyasını çoxdan şübhə altına alır. NATO üzvləri vaxtın sınağından çıxmış bu sənədin Qara dəniz dövlətlərinin gəmilərinə digərləri ilə müqayisədə üstünlük verməsi ilə kifayətlənmir”, - Patruşev bildirib. TASS

Bundan əlavə, o qeyd edib ki, Rusiya NATO-nun Azov dənizində hərbi-dəniz bazası yaratmaq planlarını pozub. Lenta.ru

aia.az
Tərcümə şöbəsi
Geri dön