Ana Sayfa > Manşet / Gündəm > Ermənistana məxsus kvadrokopter kəşfiyyat uçuşlarına cəhd etdi

Ermənistana məxsus kvadrokopter kəşfiyyat uçuşlarına cəhd etdi


25-07-2024, 16:10. Yazar: sevinc1
Ermənistana məxsus kvadrokopter kəşfiyyat uçuşlarına cəhd etdi

İyulun 25-də saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə aia.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb".

aia.az
Geri dön