Ana Sayfa > Özəl > Güclü siyasi iradə - əldə edilən böyük uğurlar

Güclü siyasi iradə - əldə edilən böyük uğurlar


25-07-2024, 15:39. Yazar: sevinc1
Güclü siyasi iradə - əldə edilən böyük uğurlar

Dövlətimiz öz qüdrəti və siyasi iradəsi ilə dünyada yüksək nüfuza malikdir. Bu beynəlxalq siyasi imic ölkə Prezidentinin müdrik və uzaqgörən siyasi kursu ilə yanaşı, eyni zamanda dərin diplomatik təcrübəsi və şəxsi nüfuzu ilə sıx bağlıdır. Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində mühüm məsələlərə toxundu. Onun çıxışı Cənubi Qafqaz regionunda baş verən tarixi transformasiya proseslərindən, Azərbaycan haqqında beynəlxalq mediada yayılan yanlış məlumatlardan və Azərbaycanın qlobal siyasətdəki mövqeyindən bəhs edirdi.
2-ci Şuşa Qlobal Media Forumunda da iştirakçıların müxtəlif məzmunlu suallarını geniş zəkası, dərin biliyi, tutarlı arqumentləri və dəmir məntiqi ilə cavablandıran dövlətimizin başçısı cənab İlham Əliyev həm bölgədə, həm regionda, həm də dünyada yaşanan proseslərin aydın və hərtərəfli şərhini verdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın dünyada yerini və rolunu, həyata keçirdiyi xarici siyasətin mahiyyətini, qlobal sülh və təhlükəsizliyə töhfələrini qeyd etdi. Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən cənab İlham Əliyevin fikirləri, irəli sürdüyü təşəbbüslər daim beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və təqdir olunur. Heç təsadüfi deyil ki, Prezidentimizin bu Forumdakı çıxışı qısa müddətdə dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı və təqdir olundu.Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Bu, region xalqlarının təhlükəsizlik hissini gücləndirir və münaqişələrin keçmişdə qaldığını göstərir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı nikbinlik ifadə edən Prezident Azərbaycan cəmiyyətinin bu işlərə həvəslə yanaşdığını bildirdi.Prezident İlham Əliyev yeni milli ideyanın və ya ideyaların geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməyəcəyini bildirdi. Bölgədə geosiyasi kontekstin dramatik şəkildə dəyişdiyini və Azərbaycanın Qarabağda qazandığı qələbənin yeganə geosiyasi dəyişiklik olmadığını vurğuladı. Cənubi Qafqaz ölkələrinin müharibə vəziyyətinə düşmədiyi halda, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilmədiklərini qeyd etdi.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfərdən sonra işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb. Həyata keçirilən layihələr bu ərazilərin dirçəlməsinə səbəb olur. Təbii ki, qısa bir zaman məsafəsində bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir. Böyük Qayıdış proqramı uğurla davam etdirilir. Artıq işğaldan azad olunan dörd şəhərə və dörd kəndə əzəli sakinlər dönüş ediblər.Forumdakı çıxışında köçkünlərin Qarabağa qayıdışı məsələsinə də toxunan Prezident İlham Əliyev vətəndaşların dörd şəhərə və dörd kəndə artıq qayıtdıqlarını nəzərə çatdırıb. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik. Üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz. Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir. Aparılan məqsədyönlü siyasət, o cümlədən müasir ordu quruculuğu Azərbaycana öz hədəfinə çatmağa imkan verdi. Müzəffər Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etməklə düşməni tam kapitulyasiyaya məruz qoydu. Ordumuz öz peşəkarlığını və yüksək döyüş qabiliyyətini növbəti dəfə 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərində nümayiş etdirdi. Cəmi 23 saat ərzində Qarabağda separatçıların bütün məntəqələri mülki infrastruktura və insanlara ziyan vurulmadan darmadağın edildi və onlar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Beləliklə, Azərbaycan öz məqsədinə çatdı, ərazi bütövlüyünün və suverenliyinin bərpasına hərbi-siyasi yolla nail oldu. Bunu xüsusi olaraq vurğulayan Prezident İlham Əliyev “Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, – bu, ötən ilin sentyabrında baş verdi, – ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu
Prezident İlham Əliyevin çıxışında Cənubi Qafqaz regionunda baş verən tarixi dəyişikliklər, beynəlxalq mediada yayılan yanlış məlumatlar və Azərbaycanın qlobal siyasətdəki mövqeyi haqqında bir çox məsələlərə aydınlıq gətirdi. Çıxışında Azərbaycanın tarixi ədalətin bərpası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini bir daha ortaya qoydu.Forumda tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Geri dön