Ana Sayfa > Manşet / Siyasət > Polad Bülbüloğlunun parlament seçkilərində iştirakı təsdiqləndi -
Polad Bülbüloğlunun parlament seçkilərində iştirakı təsdiqləndi -25-07-2024, 14:58. Yazar: sevinc1 |
Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olacaq. aia.az Modern.az-a istinadən xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumatı təsdiq ediblər. Bildirilib ki, o, artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən, həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb. Xatırladaq ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilmişdi. *** 10:34 "Şuşadan deputat olmaq böyük şərəfdir". aia.az xəbər verir ki, bunu "Novoye-Vremya" saytına müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. Səfir Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərindən də danışıb: "Parlament seçkilərinin keçirilməsi hər bir dövlətin, xalqın həyatında çox ciddi və məsuliyyətli hadisədir. Təbii ki, ruhum ora çəkilib. Şuşalılar məni parlamentdə öz nümayəndəsi seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadən deputat olmaq böyük şərəfdir. Bütün bu 30 il ərzində mədəniyyətimizin beşiyi olan Şuşanı geri qaytaracağımızı xəyal edirdik və buna nail olduq. Bu gün bizim əsas vəzifəmiz Qarabağın inkişafı, çiçəklənməsi üçün hər şeyi etməkdir". aia.az Geri dön |