Ana Sayfa > Dünya > Bayden seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı xalqa müraciət etdi
Bayden seçkilərdə iştirakdan imtina etməsi ilə bağlı xalqa müraciət etdi25-07-2024, 09:09. Yazar: sevinc1 |
“İrəli getməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir”. aia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkilməsindən sonra xalqa ilk müraciətində deyib. O çıxışında Prezident kimi Amerika xalqına xidmət etməkdən şərəf duyduğunu bildirib. “Bir neçə aydan sonra Amerika xalqı Amerikanın gələcək kursunu müəyyən edəcək. Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”, - deyə Bayden bildirib. Bayden səlahiyyət müddətinin qalan hissəsində icra etmək istədiyi planlarından da danışıb. aia.az Geri dön |