Ana Sayfa > Özəl > ABŞ Məxfi Xidməti Trampa sui-qəsd cəhdini böyük uğursuzluq adlandırıb

ABŞ Məxfi Xidməti Trampa sui-qəsd cəhdini böyük uğursuzluq adlandırıb


22-07-2024, 19:34. Yazar: sevinc1
ABŞ Məxfi Xidməti Trampa sui-qəsd cəhdini böyük uğursuzluq adlandırıb


Ağ Evin keçmiş sakini və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa mitinqdə sui-qəsd cəhdi “ABŞ Məxfi Xidmətinin onilliklərdəki ən böyük uğursuzluğu” adlandırılıb. “The Hill” xəbər verir ki, bu barədə idarənin rəhbəri Kimberli Çitl bildirib.Onun sözlərinə görə, tabeliyində olan işçilərin hərəkətlərinə görə tam məsuliyyət daşıyır. O, həmçinin hadisənin bütün hallarını öyrənməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən seçki kampaniyası zamanı baş verib. Güllə siyasətçinin üzündən millimetr keçərək qulağına dəyib. Mühafizəçilər cəld eks-prezidenti səhnədən müşaiyət ediblər. Trampın nümayəndələri güllələnmədən sonra onun yaxşı olduğunu və tibbi müayinədən keçdiyini bildiriblər. Trampdan başqa tədbirin iki tamaşaçısı yaralanıb, bir nəfər ölüb.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları ilə görüşündə baş verən atışma adam öldürməyə cəhd kimi qiymətləndirilir. Atəş açan şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu müəyyən edilib və o, təkbaşına atəş açıb. Xüsusi xidmət orqanları onu aradan qaldırmağa nail olub. Trampla baş verən hadisələrdən sonra Bayden ABŞ Daxili Təhlükəsizlik Departamenti üçün Məxfi Xidmət işçilərinin hərəkətlərini müstəqil şəkildə nəzərdən keçirmək üçün prosedur başlatdı. Bütün halların aydınlaşdırılması 45 günə qədər çəkə bilər.

Bundan əvvəl “The Washington Post” qəzetinin jurnalistləri yazmışdılar ki, Məxfi Xidmətin rəhbərliyi son iki ildə keçmiş milli liderlərin, o cümlədən Donald Trampın müdafiəsi üçün əlavə resurslar ayırmaqdan dəfələrlə imtina edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön