Ana Sayfa > Media > Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur
Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması üçün yeni layihələr nəzərdə tutulur22-07-2024, 17:37. Yazar: sevinc1 |
"Jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində layihələrin gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulur". aia.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib: "Medianın İnkişafı Agentliyi olaraq Prezidentin media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanından sonra jurnalistlərin sosial təminatı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Bu əsnada imzalanan fərmanlarla onların sosial təminatı istiqamətində addımlar atılıb. Onların sosial ipotekadan istifadə hüququ təmin olunub. Bununla yanaşı, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə media subyektləri bütün vergilərdən azad olunub. Bu istiqamətində layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub". aia.az Geri dön |