Ana Sayfa > Cəmiyyət / Karusel > Bakı metrosunda HƏYƏCAN: işıqlar söndü

Bakı metrosunda HƏYƏCAN: işıqlar söndü


8-11-2016, 10:35. Yazar: admin



Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb.

Hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.
Geri dön