Ana Sayfa > Gündəm > Azərbaycan Ermənistanı СОР29-a DƏVƏT ETDİ

Azərbaycan Ermənistanı СОР29-a DƏVƏT ETDİ


21-07-2024, 19:56. Yazar: sevinc1
Azərbaycan Ermənistanı СОР29-a DƏVƏT ETDİ

Azərbaycan Ermənistanı СОР29-a dəvət edib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu Şuşada keçirilən II Qlobal Media Forumuna bildirib.

Hikmət Hacıyev COP29-un Prezidenti Muxtar Babayevin Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu ünvanladığını nəzərə çatdırıb: "Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb".
Geri dön