Ana Sayfa > Seçilənlər-5 > Xızı rayonunda “İncəsənətin Səsi” adlı musiqi festivalı keçirildi

Xızı rayonunda “İncəsənətin Səsi” adlı musiqi festivalı keçirildi


8-11-2016, 10:07. Yazar: admin


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Xızı rayon Uşaq Yaradıcılıq Mərkəzinin və Xızı rayon Musiqi məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İncəsənətin Səsi” layihəsinə yekun vurulmuşdur. Xızı rayon Giləzi qəsəbə tam orta məktəbin akt zalında təşkil olunan yekun tədbirdə çıxış edən layihə rəhbəri Ümman Rüstəmli Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin formalaşmasında olan xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan və bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsindən danışıb.

Bildirildiki, layihənin əsas məqsədi gənclərin musiqiyə, incəsənətə marağını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və Azərbaycan milli musiqi və incəsənətini layiqincə təmsil etməkdir.

Daha sonra layihə çərçivəsində təşkil olunmuş görüşlərdə, müsabiqələrdə aktiv olan gənc və yeniyetmələrlə birgə "İncəsənətin Səsi" adlı musiqi festivalı keçirildi.




Geri dön