Ana Sayfa > Gündəm > Malayziyaya məxsus təyyarə Bakı Aeroportuna təcili eniş edib

Malayziyaya məxsus təyyarə Bakı Aeroportuna təcili eniş edib


20-07-2024, 09:48. Yazar: sevinc1
Malayziyaya məxsus təyyarə Bakı Aeroportuna təcili eniş edib

“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan aia.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).

Bildirilir ki, “Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:42-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

aia.az
Geri dön