Ana Sayfa > İdman > Morata “Milan”a keçdi

Morata “Milan”a keçdi


19-07-2024, 17:39. Yazar: sevinc1
Morata “Milan”a keçdi

İtaliyanın “Milan” komandası İspaniya millisinin futbolçusu Alvaro Moratanı heyətinə cəlb edib.

aia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb.

Alvaro Morata son olaraq İspaniyanın “Atletiko” (Madrid) komandasında çıxış edib. O, daha əvvəl İtaliyada “Yuventus”un formasını geyinib.

aia.az
Geri dön