Ana Sayfa > Siyasət > Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı


19-07-2024, 17:22. Yazar: sevinc1
Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində “Gələcək Azərbaycan”, “Müsavat”, “Azad Vətən”, “Vəhdət” və “Ədalət” partiyalatının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.

aia.az xəbər verir ki, MSK katibi Arifə Muxtarova məsələ ilə bağlı məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.

aia.az
Geri dön