Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: “Cənab İlham Əliyev Avropada əməkdaşlıq platformasını yaradanlardan biridir”

Eltun Süleymanov: “Cənab İlham Əliyev Avropada əməkdaşlıq platformasını yaradanlardan biridir”


19-07-2024, 16:36. Yazar: sevinc1
Eltun Süleymanov: “Cənab İlham Əliyev Avropada əməkdaşlıq platformasını yaradanlardan biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı götərmişdir ki, bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində sözün həqiqi mənasında dəyişkən enerji xəritəsi formalaşdıra bilmişdir.
“Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə”-deyə bildirən cənab İlham Əliyev bu yaxınlarda Azərbaycanın Sloveniya bazarına daxil olacağını, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranacağını qeyd etmişdir.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki. “20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edən AzərbaycanTürkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş Cənub Qaz Dəhlizi Avrasiyada ən böyük infrastruktur layihələrindən biri kimi həqiqətən də uğur hekayəsi olmaqla bərabər,enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Bu layihənin reallaşması nəticəsində Azərbaycan qazı Avropa ölkələrinə ixrac olunur və bu coğrafiyanın enerji təhlüksəizliyində mühüm rol oynayır. Əsılində, söhbət heç də sadəcə adi bir enerji layihəsindən deyil, Xəzər, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formatda əməkdaşlıq platformasından gedir. Bu əməkdaşlıq platformasını yaradanlardan biri də Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevdir.

Eltun Süleymanov bildirib ki, “Bu gün Azərbaycan Avropa üçün Cənub Qaz Dəhlizi vasitəsilə qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edir, eyni zamanda qitənin dekarbonlaşdırma siyasətinə töhfə verir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Ulu öndər Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən ölkə başçısının bütün beynəlxalq tədbirlərdə inamlı çıxışları, diplomatik bacarıqları, düşünülmüş strategiyası bu gün ölkəmizi təkcə regionda yox, həm də beynəlxalq arenada mühüm aktora çevirib.”
Geri dön