Ana Sayfa > Dünya > Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər


19-07-2024, 14:02. Yazar: sevinc1
Nazirlər yaxın vaxtlarda Türkiyədə görüşəcəklər

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib.

O, platformada iştirak edən xarici işlər nazirlərinin sonuncu iclasının Tehranda keçirildiyini xatırladıb.

Xatırladaq ki, “3+3” qrupunun (əslində, Gürcüstan hələ də platformanın işində iştirak etmədiyi üçün “beşlik”) ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin - Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranın nazir müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə daha bir görüş 2023-cü ilin oktyabrında İranda keçirilib. Növbəti görüş 2024-cü ildə Türkiyədə baş tutacaq.

aia.az
Geri dön